"Paşinyanın Qarabağa dair konsepsiyası yoxdur" - Vitse-spiker

"Paşinyanın Qarabağa dair konsepsiyası yoxdur" - Vitse-spiker
  01 May 2018    Oxunub:1806
“Nikol Paşinyan Ermənistanın baş naziri ola bilməz. Onun Qarabağ üzrə danışıqlar prosesində heç bir konsepsiyası yoxdur"
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

Sarkisyan partiyasının (Respublikaçılar- red) rəsmi nümayəndəsi hesab edir ki, Paşinyan müdafiə büdcəsini necə artıracağı barədə cavab verə bilmir.

Ölkədə korrupsiya və digər problemlərin olduğunu etiraf edən Şarmazanov deyib ki, baş nazir kim olursa olsun, ultimatumlarla danışa bilməz

Şarmazanov, həmçinin qeyd edib ki, Paşinyan ehtimal edilən hökumətində vacib postlara, o cümlədən baş nazirin müavinləri və müdafiə naziri postlarına namizədlərin adlarını çəkməyib.

AzVision.az


Teqlər: Paşinyan   Qarabağ  





Xəbər lenti