Səhiyyə Nazirliyinə 771 müraciət daxil olub

Səhiyyə Nazirliyinə 771 müraciət daxil olub
  08 Oktyabr 2013    Oxunub:796
"Qaynar xətt” xidmətinə 771 müraciət daxil olub.
Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə 2013-cü il avqust-sentyabr ayları ərzində 771 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən AzVision.aza verilən məlumata görə, daxil olan müraciətlərin 571-i (33-ü əsaslı, 348-i isə əsassız, 190-ı cari problemlərlə bağlı şikayət), 12-si - aidiyyəti üzrə deyil, 188-i sorğu xarakterli olub.

Qaynar xətt xidmətinə daxil olan bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.




Teqlər:





Xəbər lenti