Nazirliyə ayrılan vəsait artıb

Nazirliyə ayrılan vəsait artıb
  08 Oktyabr 2013    Oxunub:977
Gələn il dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədə tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət göstərən xərclər üçün ayrılan vəsait artıb.

AzVision.az xəbər verir ki, Maliyyə Nazirliyinin yaydığı məlumata görə, cari illə müqayisədə bu vəsait 7.5 faiz artaraq 311.4 milyon manata çatıb. Bu sahələrin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsində xərclərinin tərkibində xüsusi çəkisi 1.6 faiz olacaq.

311.4 milyon manatın 140.7 milyon manatı mədəniyyət və incəsənət sahələri, 66.7 milyon manatı radio, televiziya və nəşriyyat sahəsi (bu ilki vəsaitdən 1.4 milyon manat çox), 104 milyon manatı bədən tərbiyəsi, gənclər siyasəti və turizm sahələri (bu ilki vəsaitdən 13.7 milyon manat çox) üçün nəzərdə tutulub. 311.4 milyon manatdan 16.8 milyon manatı “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2011-2015)”nın maliyyə təminatına ayrılılıb.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə təqdim edilməsi üçün hazırda Dövlət Neft Şirkətinin tabeliyində fəaliyyət göstərən “CBC” (keçmiş ATV İNT) kanalına 0.6 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.

Fatimə Kərimli



Teqlər:





Xəbər lenti