Nazirlik: Bakıdakı toz-dumanı günorta azalacaq

Nazirlik: Bakıdakı toz-dumanı günorta azalacaq
  30 Mart 2018    Oxunub:1313
Atmosfer havasında müşahidə olunan toz-dumanın miqdarı günorta saatlarında norma həddinə qədər enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AzVision.az-a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 29 mart 2018-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyənləşib. Buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 mart 2018-ci il tarixində ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar olaraq Bakı və Abşeron yarımadasında günorta saatlarından etibarən havada tozun miqdarının azalacağı, sanitar norma daxilində olacağı proqnozlaşdırılır.

AzVision.az


Teqlər: ETSN   Toz-dumanı  





Xəbər lenti