İbrahimoviç rəsmən “Los-Anceles Qelaksi”də

İbrahimoviç rəsmən “Los-Anceles Qelaksi”də
  24 Mart 2018    Oxunub:1647
İsveçli məşhur futbolçu Zlatan İbrahimoviç ABŞ-ın “Los-Anceles Qelaksi” klubuna transfer olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, klubla 2019-cu ilin sonunadək müqavilə imzalayan 36 yaşlı hücumçu MLS liqasında ildə 1,5 milyon dollar qazanacaq. İbrahimoviç yeni klubunda martın 31-də debüt edəcək.

O, “Mançester Yunayted”in heyətində zədə səbəbindən ötən mövsümün sonlarında meydana çıxa bilməyib. Cari mövsümdə isə yeddi oyun keçirib və bir dəfə fərqlənib.

AzVision.az


Teqlər: Zlatan-İbrahimoviç   ABŞ  





Xəbər lenti