Brüs Uillisin çəkildiyi “Ölüm Arzusu”nun treyleri yayımlanıb - VİDEO

Brüs Uillisin çəkildiyi “Ölüm Arzusu”nun treyleri yayımlanıb - VİDEO
  16 Mart 2018    Oxunub:2927
Baş rolda Brüs Uillisin çəkildiyi “Ölüm Arzusu” (Death Wish) filminin ikinci treyleri yayımlanıb. Film 1974-cü ildə Maykl Uinnerin eyni adlı filminin remeykidir.
Eli Rothdun çəkdiyi filmdə baş rolları Brüs Uillis, Vinsent D’Onofrio, Elizabet Şu, Kamila Morrone və rol alıb.

İlk olaraq filmdə baş rolu oynamaq üçün Silvestr Stallone dəvət olunur. Lakin rejissor və aktyor arasında fikir ayrılıqları yarandığından Brüs Uillis dəvət olunur. “Ölüm Arzusu” aktyorun çəkildiyi 117-ci ekran işidir. Filmin dünya premyerası martın birində baş tutsa da, MDB məkanında aprelin beşindən kinoteatrlarda nümayişinə başlanılacaq.

Bu film eyni zamanda 2018-ci ildə Uillisin iştirakı ilə ekranlara çıxan ikinci film olacaq. Buna qədər isə onun baş rolda çəkildiyi “Zorakılıq aktları” (Acts of Violence) filmi nümayiş olunub.

Filmin süjet xətti:

Həkim Pol Kirsi (Brüs Uillis) xəstəxanada, işdə olarkən onun həyat yoldaşı qarətçilər tərəfindən öldürülür, onun qızı aldığı xəsarətlər nəticəsində isə xəstəxanaya yerləşdirilir. Kirsi polisə müraciət edir, lakin hüquq-mühafizə orqanları əməkdaşları şəhərdə başlayan zorakılıq hallarının qarşısını al bilmirlər.



Daha kənarda qala bilməyən Kirsi ədaləti təmin etməyə və qisas almağa başlayır. Tapança alan həkim həyat yoldaşından ölümündə olan günahkarların axtarışına başlayır. Amma ilk qatili öldürdükdən sonra bu onun xoşuna gəlir və Kirsi kriminal elementlərin ovuna başlayır. Çikaqo küçələrində amansızcasına cinayətkarların ovuna çıxan bu şəxsin hekayəsi Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ÖlümArzusu   BrüsUillis  





Xəbər lenti