AMEA-nın prezidentindən seçki bəyanatı
O, qeyd edib ki, Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılmaqdadır.
`Hər bir ölkə vətəndaşı gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxır. Bu gün müstəqil ölkəmizdə dövlət başçısı tərəfindən aparılan siyasət Azərbaycan xalqının maraqlarına tam şəkildə cavab verir.Bu məsələdə cəmiyyətdə tam şəkildə həmrəylik müşahidə olunur`.
`Ölkə əhalisinin gələcəyi öz əlindədir`, deyən AMEA prezidenti vurğulayıb ki, insanları meydanlara toplayıb hansısa seçimi etməyə sövq etmək qeyri-mümkündür.
`Artıq insanları meydanlara toplayıb hansısa seçimi etməyə sövq etmək qeyri-mümkündür. Müasir dövrün vətəndaşları reallığı daha asanlıqla dərk edərək, ölkədə gedən prosesləri analiz etmək qabiliyyətinə malikdirlər.
A.Əlizadə onu da qeyd edib ki,on il ərzində uğurla davam etdirilən bu fəaliyyət bundan sonra da genişləndirilməlidir:
`Bu, zamanın tələbi, xalqın təkidi, Azərbaycan ziyalılarının təklifidir. Ölkə əhalisi yaxşı dərk edir ki, Azərbaycan dövlətini və cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında gələcəyə apara biləcək ən layiqli sima İlham Əliyevdir. İndi cəmiyyət və dövlət qarşısında məsuliyyət hissi olan hər bir kəs öz vicdanının səsini eşitməli, dövlət quruculuğu konsepsiyasını inkişaf etdirən dünyəvi təfəkkürə malik liderin yanında olmalıdır`.