Agentliyin dərc etdiyi materialda, həmçinin Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında sazişin Avropanın hazırda tranzit sazişi üzrə aldığı qazın bir hissəsinin kompensasiyasını nəzərdə tutduğu vurğulanır. Eyni zamanda, sazişə Azərbaycanla Rusiya arasında svop sazişi də daxil ediləcək.
Avropaya qaz tədarükü ilə bağlı Kiyev Bakıya yeni təklif verib |
Yeri gəlmişkən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün sözügedən məsələ ilə bağlı vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdıra bilmədiyini açıqlayıb.
“Bu kommersiya xarakterli danışıqlardır. Biz vəziyyəti bilirik, yeri gəlmişkən, Rusiya prezidenti Kazanda keçirdiyi mətbuat konfransında da danışdı. Əslində qazın nəqli ilə bağlı müqavilənin bu ilin sonunda başa çatacağı barədə məsələ idi. Ukraynanın artıq bu müqaviləni uzatmaqdan imtina etdiyini nəzərə alsaq, hadisələrin necə cərəyan edəcəyi, tədarükün bundan sonra necə təmin olunacaqı barədə indi heç nə deyə bilmərəm”, - Dmitri Peskov vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az