Seçki internetdən izlənəcək
Azvsison.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 2-də Müstəqil Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
Məzahir Pənahov bildirib ki, bu məntəqələrdə 5 milyon 145 minə yaxın Azərbaycan Respublikasının vətəndaşı səs verə biləcək. Məntəqələrdə səsvermənin tam demokratik keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.
Səsvermənin gedişini izləmək, prosesin tam demokratik, şəffaf və azad keçirilməsini təmin etmək məqsədilə seçki məntəqələrinin 20 faizində veb-kamera quraşdırılıb. Hər bir şəxs internet vasitəsilə həmin məntəqələrdə səsvermənin gedişini sərbəst izləyə biləcək.