Fədayə Laçın “Qoca” ilə qaçan məhbusla üzləşdirilib? - (VİDEO)
Bu barədə AzVision.az-a müğənninin vəkili Türkəl Süleymanlı bildirib.
Ötən həftə F.Laçınla görüşdüyünü deyən vəkil onun səhhətinin yaxşı olduğunu söyləyib: “Ötən həftə Fədayə xanımla görüşdüm. Səhhəti pis deyil, sadəcə istintaqın uzadılmasından narazıdır”.
T.Süleymanlı F.Laçının “Qoca” ləqəbli Etibar Məmmədovla birgə qatardan qaçan məhbus Əli Ağami ilə üzləşdirilməsi məsələsinə aydınlıq gətirərək bildirib ki, F.Laçın heç kimlə üzləşdirilməyib.
Xatırladaq ki, 2017-ci ildə oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Fədafə-Laçın Həbs Məhkəmə