“Bizim narahatlığımız birbaşa bizə qarşı olan təhdidlərlə, YPG hücumları ilə bağlıdır. İnsanlarımız ölür. 2016-cı ildə ABŞ-ın Türkiyəyə verdiyi sözlərin heç birinə əməl olunmadı. İndi YPG-nin Fəratın şərqinə çəkilməsi əmin olmalıyıq. İlk olaraq YPG-nin Menbiçdən çıxması lazımdır”, - Çavuşoğlu bildirib.
Tillerson isə deyib ki, ABŞ və Türkiyə arasındakı əlaqələr dərindir: “Türkiyə və ABŞ bir çox yerdə birlikdə hərəkət edib. Artıq iki müttəfiq ölkə ayrılıqda hərəkət etməyəcək. Biz birlikdə Suriyadakı bütün problemləri dəyərləndirəcəyik. Birlikdə hərəkət edəcəyik. İŞİD-lə mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik. Görüləcək çox iş var. Sürətlə başlamalıyıq. Bu istiqamətdə iş aparacaq ilk qrup martın ortasında toplanacaq. Lakin vacib məqam olduqda biz gözləməyəcəyik, hərəkət edəcəyik”.
Tillerson daha sonra bildirib ki, ABŞ Türkiyənin terrorizmlə bağlı qarşılaşdığı problemlərdən xəbərdardır: "Amma, müstəqil və birləşmiş Suriyanın qurulmasında birlikdə hərəkət etməliyik. ABŞ Suriyada bölünmə olmadan, həllə nail olmaq istəyir. Dərhal Menbiç məsələsi ilə məşğul olacağıq. Şimali Suriya ilə bağlı fəaliyyətimiz isə davam edir”.
Elvin Abdulqədirov
AzVision.az