Kerri qovuldu

Kerri qovuldu
  04 Mart 2013    Oxunub:1814
Amerika dövlət katibi Con Kerrinin Qahirəyə səfəri sadə misirlilər tərəfindən də birmənalı qarşılanmayıb.
Məhəmməd Mürsi hakimiyyətini Birləşmiş Ştatların köləsi adlandıran narazı misirlilər polis maşınlarını aşıraraq yandırıblar. Etirazçılar Kerrinin ölkəni tərk etməsini tələb ediblər.
Mənsurə və Port-Səid şəhərlərində də aksiyalar təşkil edilib. Nümayişlər əvvəlcə dinc xarakter daşısa da, sonradan təhlükəsizlik əməkdaşlarının müdaxiləsi üzündən toqquşmalara çevrilib. Port-Səid şəhərində polislərdən birinin avtomobili mitinq iştirakçılarının üzərinə sürməsi nəticəsində 5 nəfər ağır yaralanıb.
Paytaxt Qahirədə də vəziyyət nəzarətdən çıxmağa başlayıb. Hazırda aksiyalar davam edir.

AzVision


Teqlər:





Xəbər lenti