Summativ qiymətləndirmə ilə bağlı təkliflər hazırlanıb

Summativ qiymətləndirmə ilə bağlı təkliflər hazırlanıb
  24 Yanvar 2018    Oxunub:3729
Ümumtəhsil məktəblərində summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun AzVision.az-a verdiyi məlumata görə, hazırda layihə sənədi müzakirə mərhələsindədir.

“Birinci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması təklif olunur. 5-9-cu siniflərdə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə böyük summativlərin aparılması təklif edilir”.

C.Valehov bildirib ki, lisey , gimnaziya, məktəb-liseylərdə Pedaqoji Şuranın qərarına əsasən müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzə böyük summativlər keçirilə bilər. “10-11-ci təmayül siniflərdə təmayül fənlər üzrə böyük summativ qiymətləndirmənin keçirilməsi təklif olunur. Hələlik bunlar təklif şəklində müzakirədədir. Təsdiq olunacağı halda 2018-2019-cu tədris ilində tətbiq ediləcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliy   Cəsarət-Valehov  





Xəbər lenti