Avtoritet oğlunun iki erməni polisi öldürməsinin görüntüləri - VİDEO

Avtoritet oğlunun iki erməni polisi öldürməsinin görüntüləri - VİDEO
  09 Yanvar 2018    Oxunub:17495
İrəvanda iki polisin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə yanvarın 7-də Abovyan küçəsi ilə Sayat-Nova prospektinin kəsişməsində baş verib.
“BMW X6” markalı avtomobilin “Toyota Corola” ilə toqquşması nəticəsində “Toyota”-nın sürücüsü, 29 yaşlı İrəvan sakini Areq Davtyan hadisə yerində ölüb. Avtomobildəki digər sərnişin, 34 yaşlı Xaçik Qasparyan isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində ölən hər iki şəxsin polis olduğu bildirilib.

İki polisin ölümünə səbəb olan “BMW X6”-nın sürücüsü “Çvçv Avro” ləqəbi ilə tanınan kriminal avtoritet Sarkis Vardanyanın oğludur. O, hadisə yerindən qaçıb. Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.






Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İrəvan   Qəza  





Xəbər lenti