AXCP və REAL qarşıdurması

AXCP və REAL qarşıdurması
  23 Sentyabr 2013    Oxunub:1224
“Düşünmək qabiliyyətlərini itirmiş “narıncı” çocuqlar, yenə ağızlarına gələni yazacaqlar...”

Milli Şuranın ötən gün baş tutan mitinqi geniş müzakirə və tənqidlərə səbəb olub. Müzakirələr xüsusilə REAL vətəndaş həərkatı və AXCP fəallarının qarşılıqlı ittihamları ilə yadda qalıb.

REAL təşkilatının Məclis sədri Erkin Qədirli mitinqdən məyus ayrıldığını yazıb :

“Bu gün mitinqə getmişdik (ailəvi). Uşaqla olduğumuzdan, stadiona buraxılmadıq. Çıxışları kənardan dinləməli olduq. Çıxışçıları görə bilmirdik, amma səslərindən tanımaq olurdu. Mitinqin aparıcısını isə səsinden tanıya bilmədim. Kim olduğunu bilmədim. Çox pis aparıcılıq etdi. Çıxışların əksəriyyəti çox zəif idi. Yenə köhnə mövzular, keçmişə səyahət və s. Suallar da uğursuz idi. "İlham bəsdir", "İlham get" - bunu anlamaq olur. Bes, "İlham redd ol!" nə idi? Yeni məna yaratmır, ancaq yersiz qıcıq verir, təxribatçı məqsədlər üçün də istifadə oluna bilər. İsgəndər Həmidova bu mitinqdə niye söz verildi? Professor (!!!) Cəmil Həsənlinin təşviqat mitinqində İsgəndər Həmidova söz vermək çoxmu vacib idi? Adamın danışığına fikir verdinizmi? O nə idi?

Nə isə, iradlarım çoxdur. Mitinqdən məyus ayrıldım. Çox zəif. Unutmayın, bu sizin şounuz deyil, professor Cəmil Həsənliin seçki təşviqatı məsələsidir. Onun yüksək səviyyəsinə uyğun olmalıdır. Gələcək planlardan, görüləcək işlərdən, ideoloji təməldən, komanda quruculuğundan danışmaq lazımdır. Bunların heç biri bugünkü mitinqdə olmadı.

Mən Cəmil bəyə səsimi verəcəyəm, bunu özüm üçün vicdan məsələsi hesab edirəm. Amma, işlərə ciddi yanaşılmalıdır. Siyasət mitinqlərdə müəyyən olunmur, amma mitinqlərin səviyyəsindən aparılan siyasi işin ciddiliyini görmək olur”.

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov cavab verməyə gecikməyib :

“Həqiqət budur: İlqar Məmmədov yaxşıdır, ətrafı pis. REAL-çılar İlqar bəyin məzlum durumundan sui-istifadə edib o kişinin imicini xərcləyirlər. Mən sabah onların pozucu əməlləri barədə İlqar bəyə məktub yazmağı düşünürəm”.

Əksər cəbhəçilərin dəstək verdiyi və REAL üzvlərinin sərt tənqid olunduğu bu statusdan sonra REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli də mitinq haqqında fikirlərini bölüşüb :

“Mitinqdə iştirak etdim, çoxlu tənqidi fikirlərim var, amma yazmayacağam, çünki, düşünmək qabiliyyətlərini itirmiş “narıncı” çocuqlar, yenə ağızlarına gələni yazacaqlar, anlamayacaqlar ki, tənqid inkişafın motorudur. Nə isə, mənim üçün hər şey aydın oldu. Təbii ki, seçkilərdə səsim Cəmil müəllimindir, amma seçkidən sonra əsas işimiz partiya quruculuğu, yeni simalar, isimlər, ideyalar, bir sözlə - yeni nəslin siyasətə tam və oturuşmuş gəlməsini təmin etmək olacaq! İnsanlara inam aşılamasaq, inad da olmayacaq! İnad olmasa, qələbə də olmaz! Yola davam!

P.S. Bir şeyə çox sevindim, mitinqdə yeni simalar, yeni tip insanlar, məhz bizim hədəfimiz – orta sinfin nümayəndələrini də görüm!”.

Natiq Ədilovun “REAL opportunist ünsürlər yığınıdır. İndi statusların oxudum və bu mənə bəs elədi” yazdığı son statusundan sonra qarşılıqlı ittihamların hələ davam edəcəyi görünür.


Teqlər:  





Xəbər lenti