Qubada ağır yol qəzası baş verib

 Qubada ağır yol qəzası baş verib
  23 Sentyabr 2013    Oxunub:1058
Bakı-Quba-Rusiya Federasiya dövlət sərhədi yolunun 164-cü km-də ağır yol qəzası baş verib.

Quba rayon sakini, 1990-cı il təvəllüdlü Ağarəhimov Rza Qalib oğlunun idarə etdiyi 40 BX 707 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil yoldan çıxaraq, Samur-Abşeron kanalına düşüb. Qəza nəticəsində sürücü dünyasını dəyişib, iki nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Quba rayon sakinləri – 1987-ci il təvəllüdlü Əliyev Anar Rahib oğlu və 1988-ci il təvəllüdlü Ruslan Müslüvomdur.

AzVision.az



Teqlər:





Xəbər lenti