Hafiz Hacıyev Cəmil Həsənlinin də qulağını `kəsəcək`

Hafiz Hacıyev Cəmil Həsənlinin də qulağını `kəsəcək`
  20 Sentyabr 2013    Oxunub:1415
Sərdar Cəlaloğlu davanın studiyadan kənardakı epizodlarından danışdı
“Qalmaqal başlayanda Əli Əhmədov da Hafiz Hacıyevə acıqlandı. Hafiz Hacıyevin kiminsə ailəsi, uşağı haqda lazımsız ifadələr işlətməsi düzgün deyildi. Bununla da Cəmil Həsənli provakasiyaya çəkildi və o da İlham Əliyev və ailə üzvləri haqda fikirlər səsləndirdi”.

Bunu virtualaz.org-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu deyib.

Debatda yaranan qalmaqaldan və davadan danışan S.Cəlaloğlu bildirib ki, Cəmil Həsənli o ifadələri işlədəcək mədəniyyətə sahib deyil: “Hafiz Hacıyevin onun qızı haqda danışması onu özündən çıxardı. Hafiz Hacıyev Əli Kərimlinin oğlu, Cəmil Həsənlinin qızı haqda danışmağa başlayanda Əli Əhmədov ona gözlə-qaşla işarə etdi ki, belə olmaz. Amma Cəmil Həsənli qarşılıq verəndən sonra Əli Əhmədov Hafiz Hacıyevin tərəfinə keçdi”.

S.Cəlaloğlu qalmaqal zamanı debatda iştirak edənlərin heç də hamısının Hafiz Hacıyevə haqq qazandırmadığını söyləyib.

ADP sədri C.Həsənlinin studiyanı tərk edərkən onunla birgə çıxmasına da aydınlıq dətirib: “Cəmil Həsənli studiyanı tərk edərkən onunla birgə dəhlizə çıxdım. Onun dəhlizdə fiziki təzyiqə məruz qala biləcəyini düşündüm. Cəmil Həsənlini qorumaq üçün çıxdım. Biz dəhlizə çıxanda gördük ki, Hafiz Hacıyev Cəmil Həsənlini gözləyir. O, Cəmil Həsənlini yenə də hədələdi. Qulağını kəsəcəm, nə bilim nə edəcəm. Mən Cəmil Həsənlini maşına qədər ötürüb geri qayıtdım”.

Xatırladaq ki, Hafiz Hacıyev bir müddət öncə yazıçı Əkrəm Əylislinin qulağını kəsən şəxsə 10 min manat mükafat verəcəyini demişdi.


Teqlər:  





Xəbər lenti