Milli Məclis noyabrın 14-də toplanacaq - Gündəlik

Milli Məclis noyabrın 14-də toplanacaq - Gündəlik
  06 Noyabr 2017    Oxunub:2293
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası noyabrın 14-də keçiriləcək.
Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. MM rəsmisi bildirib ki, iclasın gündəliyinə 30 məsələ daxildir

Gündəlikdə bir sıra qanunlara dəyişiklər müzakirə ediləcək. Bunlar aşağıdakılardır:

Cinayət Məcəlləsinə dəyişiklik;

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

Cinayət Prosessual Məcəlləsinə dəyişiklik;

Vergi Məcəlləsinə dəyişiklik;

Mülki Məcəlləyə dəyişiklik;

“Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik;

“Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik;

“Poçt haqqında” qanuna dəyişiklik;

“Kommersiya sirri haqqında” qanuna dəyişiklik;

“İnvestisiya fondları haqqında” qanuna dəyişiklik;

“Banklar haqqında” qanuna dəyişiklik;

“Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik;

“Avtomobil yolları haqqında” qanuna dəyişiklik;

“Reklam haqqında” qanuna dəyişiklik;

“Daşınmaz əmlakın dövlət reysteri haqqında” qanuna dəyişiklik;

“Notariat haqqında” qanuna dəyişiklik;

“Prokurorluq haqqında” qanuna dəyişiklik;

Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi ilə əlaqədar;

Azərbaycan Respublikasının “Rəşadət ordeni”nin təsis edilməsi ilə əlaqədar “Orden və medalların təsis edilməsi haqqında”qanuna dəyişiklik;

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik;

“Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külii miqdarının sıyahısının təsdiq edilməsi haqqında” qanun layihəsi;

“Narkotik vasitələrin və ya psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” qanuna dəyişiklik.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti