Sarkisyan Soçidə kriminal avtoritetlərlə görüşüb

Sarkisyan Soçidə kriminal avtoritetlərlə görüşüb
  13 Oktyabr 2017    Oxunub:3548
Ermənistan prezidenti Serj Sarkisyanı Rusiyanın Soçi şəhərinə səfəri zamanı kriminal avtoritetlər qarşılayıb.

AzVision.az “Corrord İşxanutyun” qəzetinə istinadən xəbər verir ki, Soçi hava limanında Sarkisyanı qarşılayanlar arasında məşhur avtoritet, iş adamı “Robson” ləqəbli Ruben Tatulyan da olub. Ruben cinayətkar aləmdə nüfuzlu şəxslərdən biridir.
Məlumata görə, “Robson” Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hayrapetyanın yaxın adamıdır və o, Ermənistana tez-tez səfər edir. Ermənistandakı yüksək vəzifəli şəxslər və oliqarxlar onunla tanışlığa can atırlar.

Qeyd edək k, Serj Sarkisyan oktyabrın 11-də MDB dövlət başçılarının və Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının iclasında iştirak etmək üçün Rusiyanın Soçi şəhərində səfərdə olub.



Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti