Aşıq Ədalət vəfat edib

Aşıq Ədalət vəfat edib
  14 Sentyabr 2017    Oxunub:8784
Azərbaycanın əməkdar incəsənət xadimi Ədalət Nəsibov 78 yaşında dünyasını dəyişib.
Bu barədə AzVision.az-a aşığın ailə üzvüləri məlumat verib. Bildirilib ki, Aşıq Ədalət bir saat bundan öncə dünyasını dəyişib.

Qeyd edək ki, Aşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub.

Ustadı aşıq Əli olub. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb.

Türk yazıçısı Əziz Nesin onun haqqında söyləyib: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".

O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı idi.

Şahanə Rəhimli



Teqlər: Aşıq-Ədalət  





Xəbər lenti