Ermənistanda növbəti etiraz aksiyası - FOTO

Ermənistanda növbəti etiraz aksiyası - FOTO
  09 Sentyabr 2017    Oxunub:1931
Ermənistanda ötən ildən maaş ala bilməyən “Vanadzor SES” şirkətinin işçiləri etiraz aksiyası keçirib.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, etirazçılar bildiriblər ki, dövlət rəsmiləri onların problemləri ilə maraqlanmır, müraciətlərinə cavab vermirlər.

“Zavodu dağıdıb, talayıb satdılar, heç olmasa pulları versinlər".

Qeyd edək ki, fəaliyyəti dayandırılan zavodun işçiləri bununla bağlı məhkəməyə müraciət ediblər. Onların lehinə qərar çıxarılsa da, zavodun 150 işçisi hələ də maaşını ala bilməyib.





Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti