İsa Qəmbər Londona gələn dəfə gedəcək

  06 Sentyabr 2013    Oxunub : 414
İsa Qəmbər Londona gələn dəfə gedəcək
“İsa bəyə dəvət gəlmişdi, o da gedəcəyini bildirmişdi. Sonradan onun səfəri təxirə düşdü. Ola bilər ki, Milli Şuranın Londona mərhələli səfərləri olsun və növbəti səfərlərə İsa bəy getsin”.
Bu sözləri AzVision.az-a açıqlamasında Müsavat başqanının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu İsa Qəmbərin London səfərinin təxirə düşməsindən danışarkən deyib. O vurğulayıb ki, səfərin təxirə salınmasında xüsusi səbəb yoxdur: “Heç bir xüsusi səbəb yoxdur. O, Milli Şura rəhbərləri ilə növbəti səfərlərdə Londona gedəcək”.

Qeyd edək ki, Milli Şuranın London səfəri sentyabrın 11-də başlayacaq. Səfər çərçivəsində Milli Şura rəhbərliyinin Londonda Kral İnstitutunda, parlamentdə və eyni zamanda Xarici İşlər Nazirliyində görüşləri gözlənilir.


Fatimə KƏRİMLİ

Teqlər: