Azərbaycanlı deputat Marneulidəki istefadan xəbərsizdir

Azərbaycanlı deputat Marneulidəki istefadan xəbərsizdir
  06 Sentyabr 2013    Oxunub:1250
“Həmyerlimizi Gürcüstana qaytarmağa çalışacağıq”
Bu gün Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunun icra başçısı Paata Abramişvili istefa verib. Eləcə də icra hakimiyyətinin digər səlahiyyətli şəxsləri də işindən azad edilib. AzVision.az məsələ ilə bağlı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədovla əlaqə saxlayıb.

Deputat bu barədə məlumatsız olduğunu bildirib: “Bakıdan bu gün səhər gəlmişəm. İndi Parlamentdə gedirəm. Hələ bu haqda heçnə eşitməmişəm. İndi araşdırım, görək bu nə məsələdir”.

Əli Məmmədov Ermənistana əsir düşən Gürcüstanda yaşayan həmyerliyimiz barədə də danışıb. “Bir azərbaycanlı həbs olunub. Biz var-gücümüzlə çalışıb, onu oradan azad etməyə çalışacağıq”-deyə, deputat qeyd edib.

Sevinc İLTİFATQIZI



Teqlər:  





Xəbər lenti