İTAR-TASS-dan İlham Əliyevə təşəkkür

İTAR-TASS-dan İlham Əliyevə təşəkkür
  28 Fevral 2013    Oxunub:1303
Agentlik rəhbəri prezidentə məktub yazıb.
Rusiyanın məşhur İTAR-TASS agentliyinin Baş direktoru Sergey Mixaylov prezident İlham Əliyevə məktub yazıb. Azvision.az saytı xəbər verir ki, agentlik rəhbəri Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət İnformasiya Agentliklərinin Rəhbəri Şurası adından ölkə başçısına fevralın 25-də Bakıda keçirilən XVI iclasda göstərdiyi diqqətə görə təşəkkür edib.

“Sizinlə görüş zamanı olan söhbət iclas iştirakçılarına müasir Azərbaycanın həyatı və uğurları barədə, mətbuatın sərbəst fəaliyyəti, kütləvi informasiya vasitələrinin baş verən hadisələri dəqiq və düzgün işıqlandırmaq üçün məsuliyyəti, habelə müasir şəraitdə Birlik ölkələrinin Dövlət informasiya agentliklərinin qarşılıqlı fəaliyyətinin zəruri olması barədə aktual məlumat almaq imkanı verdi”-deyə məktubda qeyd edilir.


Teqlər:  





Xəbər lenti