ABŞ-da ermənilər həbs edildi

  30 May 2017    Oxunub : 1532
ABŞ-da ermənilər həbs edildi
ABŞ Federal Miqrasiya polisinin əməkdaşları tərəfindən Los-Ancelesdə beş gün keçirilən əməliyyatalar zamanı 200 nəfər həbs edilib.
AzVision.az"Los-Angeles Times" nəşrinə istinadən xəbər verir ki, həbs edilənlərin 146-ı Meksika, digərləri isə Ermənistan, Rusiya, Honduras, Tayland, Salvador, Filippin, Kamboca, Vyetnam vətəndaşlarıdır

Hazırda onlar narkotik maddələrin saxlanılması, satışı, zorakılıq, cinsi zorakılıq, oğurluq, silah satışı və digər maddələr üzrə ittiham olunurlar.

Los-Ancelesdə qeyri-qanuni yaşayan şəxslərin daha öncə də saxlanıldığı bildirilir.

Alpər Mövludoğlu
AzVision.az

Teqlər: ABŞ   Erməni   Həbs