Yanğında evin gəlini xəsarət alıb

Yanğında evin gəlini xəsarət alıb
  03 Sentyabr 2013    Oxunub:1020
Ağsuda mənzildə baş verən yanğın zamanı xəsarət alan olub.
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Ağsu rayonu, Rəhimağalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğın zamanı ev sahibinin gəlini əl və üz nahiyyəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər çatana kimi yaxınları tərəfindən Ağsu mərkəzi rayon xəstəxanasına aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti