Dəyişkən buludlu hava şəraiti gözlənilir
Аvqustun 31-dən sentyabrın 1-dək Respublika ərazisində isti, bəzən çox isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafına müsbət təsir göstərəcək. Lakin bir çox rayonlarda əkinlərin suvarmaya ehtiyacı saxlanılacaq. Ümumiyyətlə, gözlənilən hava şəraiti bir çox rayonlarda bağlarda meyvələrin və bostanlarda tərəvəzin, üzüm bağlarında isə süfrə üzümünün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq.