Ramazan ayı mayın 27-də başlayacaq

Ramazan ayı mayın 27-də başlayacaq
  04 May 2017    Oxunub:1660
Azərbaycanda bu il Ramazan ayı mayın 27-də başlayacaq.
AzVision.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı təqvimə görə, müqəddəs ayın Qədr gecəsi (əhya) iyunun 13-də, 15-də, 17-də və 21-də olacaq. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Qurban bayramı isə sentyabrın 1-nə təsadüf edəcək. Məhərrəm ayının 1-i sentyabrın 22-nə düşür. Aşura isə oktyabrın 1-də qeyd olunacaq.

Oktyabrın 20-də Məhərrəm ayı başa çatır. Matəm aylarından hesab olunan səfər ayının bitməsi isə miladi təqvimlə noyabrın 19-na təsadüf edir.

AzVision.az


Teqlər: QMİ   Ramazan   Qurban-bayramı  





Xəbər lenti