“Bakcell” şahmat turnirinə dəstək oldu

“Bakcell” şahmat turnirinə dəstək oldu
  19 Aprel 2017    Oxunub:1053
Bakıda “Bakcell”in dəstəyi ilə uşaqlar arasında şahmat üzrə beynəlxalq turnir keçirilib.
Şirkətdən AzVision.az-a verilən məlumata görə, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Şahmat Federasiyası, «Gənclik» şahmat klubu və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən XVI Beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib.

9-14 aprel 2017-ci il tarixləri arasında FİDE qaydalarına uyğun olaraq 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışda 2002-ci il və kiçik təvəllüdlü Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Fransa, Portuqaliya və Qazaxıstandan 56 gənc şahmatçı iştirak edib.

Yarışlarda ən çox xal yığan Azərbaycanlı şahmatçılar Fransada keçiriləcək Beynəlxalq Turnirdə iştirak etmək imkanı qazanıblar. Turnirin digər qalibləri isə Bakcell şirkəti tərəfindən smartfon və
dəyərli hədiyyələrlə təltif ediliblər.

Onu da qeyd edək ki, Bakcell şirkəti 2006-cı ildən başlayaraq Azərbaycanda uşaqlar arasında təşkil edilən çoxsaylı yerli və beynəlxalq səviyyəli şahmat turnirlərinin təşkilinə dəstək göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti