Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək

Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək
  03 Aprel 2017    Oxunub:7790
Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası aprelin 7-də keçiriləcək.
Milli Məclisin mətbuat katibi Akif TəvəkküloğluAzVision.az-a bildirib ki, iclasın gündəliyinə 40 məsələ daxildir.

Bunlar Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2016-cı il üzrə illik hesabatı, bir neçə ölkə ilə imzalanmış sənədlərin ratifikasiyası, “Siyasi partiyalar haqqında”, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında”, “Veteranlar haqqında”, “Təhsil haqqında”, “Banklar haqqında”, “Dövlət borcu haqqında” və daha bir neçə qanuna dəyişiklik, “Cinayət, İnzibati Xətalar, Seçki, Mülki Prosessual və Miqrasiya məcəllələrinə dəyişikliklərlə bağlıdır.

Qeyd edək ki, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2016-cı il üzrə illik hesabatını Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov təqdim edəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis   VilayətEyvazov   DİN  





Xəbər lenti