Gürcüstan azərbaycanlılarından Meydan TV-yə etiraz - VİDEO
Söhbət bu media qurumunun əməkdaşının 4 ay əvvəl Gürcüstanda katoliklərə məxsus kilsədən hazırladığı "Prank" adlı qərəzli və təxribatçı reportajdan gedir. Mütəmadi olaraq Azərbaycan əleyhinə qarayaxma və böhtan xarakterli fəaliyyəti ilə seçilən Meydan TV bu dəfə dost və qonşu ölkə Gürcüstanla olan münasibətlərə kölgə salmağa cəhd edib.
Buna etiraz edərək aksiya keçirən Gücüstandakı gənc soydaşlarımız bildiriblər ki, bu cür təxribata yol verənlərin məqsədi bəllidir. Amma onlar öz istəklərinə çata bilməyəcəklər.
Bir araya gələn soydaşlarımız belə təxribatlara son qoyulmasını tələb ediblər. Aksiya, əllərində "Stop, Meydan TV!", "MeydanTV-ŞeytanTV!" yazılmış plakatları saxlayan gənclərin şüarlar səsləndirmələri ilə başa çatıb. (Xəzər TV)
AzVision.az
Teqlər: MeydanTV Gürcüstan Azərbaycanlılar Etiraz