Neft şirkətinin quyusundakı yanğınla bağlı AÇIQLAMA

Neft şirkətinin quyusundakı yanğınla bağlı AÇIQLAMA
  24 Avqust 2013    Oxunub:1264
“Mən tam məsuliyyətimlə bildirirəm ki, quyuda baş verən qəza nəticəsində heç kim xəsarət almayıb. Platformada işləyən əməkdaşlar bir nəfər kimi yanğının başlanmasından əvvəl təxliyyə olunublar. Bu, şirkətin hadisədən dərhal sonra yaydığı rəsmi məlumatda öz əksini tapıb”.
Bu fikirləri “Trend”ə açıqlamasında ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəli “Bulla-dəniz” qaz yatağında bir həftədi davam edən yanğında ölənlərin olması ilə bağlı iddiaları cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu tipli məlumatların yayılması ictimaiyyəti yanlış fikrə yönəltməyə hədəflənib və bu məlumatları yayan şəxslər ictimai və hüquqi məsuliyyət daşıyırlar: “Biz onları məhkəməyə vermək istəmirik, çünki bu onlar üçün əlavə reklam olardı. Lakin belə insanlar heç olmasa öz vicdanları qarşısında məsuliyyət daşımalıdırlar”.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə yanğın zamanı yaralının olması və gizlədilməsi barədə fikiri yayımlamışdı. Təşkilat rəhbəri qeyd etmişdi ki, yaralıları özəl klinikalardan birinə yerləşdirə bilərlər.
NHMT rəhbəri Mirvari Qəhrəmanlı “Bizim Yol”a açıqlamasında onun fikirlərinin düzgün başa düşülmədiyini dedi: “Mən konkret olaraq, yaralıların olması barədə fikir bildirməmişəm. Sadəcə, güclü yanğın olduğundan belə bir ehtimalın ola biləcəyini irəli sürmüşəm. Bununla bağlı araşdırma aparmaq üçün Əmək Müfəttişliyinə müraciət etmişik. Hər dəfə bu tip qəzalar olduqdan sonra bizə müraciət edənlər olur ki, onların hüquqlarını məhkəmədə müdafiə edək.
İkincisi, əgər İsgəndər Şirəli düşünür ki, mənim təşkilatımı məkhəməyə verməklə təbliğ edir, səhv düşünür. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının beynəlxalq arenada kifayət qədər müsbət imici var. Amma zamanında onun rəhbər olduğu “Qumadası” Qazma Şirkətində də məkhəkəmə veriləcək ciddi hadisə olmuşdu. İsgəndər Şirəli həmin hadisədən “sığortalanmağı” bacardı”.

AzVision.az


Teqlər:  





Xəbər lenti