Həmyerlimiz sərhəddə öldü

Həmyerlimiz sərhəddə öldü
  23 Avqust 2013    Oxunub:1386
Rusiya-Azərbaycan sərhədində qadın ürək çatışmazlığından öldüyü bildirilir
Bu səhər saat 06:00 radələrində Azərbaycan-Rusiya sərhəddində daha bir ölüm hadisəsi baş verib. Qusar rayonunda yerləşən Samux keçid məntəqəsində Rusiya vətəndaşı 1954-cü il təvəllüdlü Saray Süleymanova dünyasını dəyişib.

Qusar rayon prokuroru Anar Salahovun verdiyi məlumata görə, 59 yaşlı qadın İran İslam Respublikasında qayıdarkən sərhəddin Azərbaycan hissəsində dünyasını dəyişib. Qadının İrandan müalicədən gəldiyi bildirilir.

Saray Süleymanova uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş və İrana dərdinə çarə axtarmağa gedibmiş. Onun halı qəflətən pisləşib və dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti