Mənzildən qadın meyidi tapıldı

Mənzildən qadın meyidi tapıldı
  23 Avqust 2013    Oxunub:1265
Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

AzVision.az xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olubki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından qalxaraq daxil olub. Mənzilə baxış keçirilərkən Nizaməddinova Zina Səlahəddinovna hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Z.Nizaməddinovanın vəfat etdiyi müəyyən olunub. Z.Nizaməddinovanın meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti