İsrail əsgərləri qaçqın düşərgəsinə basqın edib

İsrail əsgərləri  qaçqın düşərgəsinə basqın edib
  21 Avqust 2013    Oxunub:1366
İsrail əsgərləri bu gün səhər saatlarında işğal altında olan Qərbi Şəriyədə yerləşən Jenin qaçqın düşərgəsinə basqın edib.
Fələstinli həkimlərin sözlərinə görə, Tsaxal əsgərləri açdığı atəşlə 1 gənci öldürüb, daha iki nəfəri isə ağır yaralayıb. Həmçinin qeyd olunub ki, ölən Məcid Lahlo adlı gəncin 20 yaşı olub. Hadisəyə səbəbə isə yəhudi hərbiçilərin Jeninə girərərk özbaşnalıq edərək silahdan istifadəsi olub. Buna etiraz edən fələstinlilər onlara daşlarla cavab verib.

Baş verənləri dəyərləndirən fələstinli rəsmilər də israilli əsgərlərin tez-tez heç nəyə məhəl qoymayaraq qaçqın düşərgələrinə reydlər həyata keçirdiyini təsdiqləyib. Yoldaşlarının həyatını itirdiyini görən gənclər İsrail əleyhinə şüarlar səsləndirərək küçələrə çıxıb.


Teqlər:





Xəbər lenti