Putin ordusunu Suriyadan çıxarır - (VİDEOXƏBƏR)

Putin ordusunu Suriyadan çıxarır - (VİDEOXƏBƏR)
  06 Yanvar 2017    Oxunub:4679
Rusiya hərbi qüvvələrinin bir hissəsini Suriyadan çıxarmağa başlayıb.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, bunu Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib.

Onun sözlərinə görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Ali Baş komandanı Vladimir Putin qərar qəbul edib. General qeyd edib ki, ilk olaraq Suriyanı “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisi, “Böyük Pyotr” kreyseri və onları müşayiət edən gəmilər tərk edəcək.

O bildirib ki, aviadaşıyıcı qrup qarşısında qoyulan vəzifələri, həmçinin Hava Hücumundan Müdafiə Qüvvələri ilə birlikdə Suriyada vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılması vəzifəsini uğurla yerinə yetirib.

Ordu generalı əlavə edib ki, ötən il 30 dekabr tarixində Suriyanın bütün ərazisində atəşkəs elan edilsə də bu terror qruplaşmalarının zərərsizləşdirilməsinə yönələn əməliyyatlara aid edilməyib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti