310 kq ərzaq məhv edilib

310 kq ərzaq məhv edilib
  20 Avqust 2013    Oxunub:1306
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
İqtisadi İnkişaf Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ümumilikdə, monitorinqlər zamanı Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın bir sıra digər şəhər və rayonlarındakı mağazalarda 310 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Bildirilir ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti