`Qarabağ`ın qapıçısının törətdiyi qəza ilə bağlı rəsmi məlumat

`Qarabağ`ın qapıçısının törətdiyi qəza ilə bağlı rəsmi məlumat
  08 Dekabr 2016    Oxunub:1749
Daxili İşlər Nazirliyi (DİN) "Qarabağ" futbol klubunun qapıçısı Emil Balayevin törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, dekabrın 7-də saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Emil Babayevin idarə etdiyi "BMW" və Əbdülbağı Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Bağırov və sərnişinləri, arvadı Günel və oğlu Xalid xəstəxanaya yerləşdiriliblər. Xalid orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti