Qəhvə ölüm riskini artırır

Qəhvə ölüm riskini artırır
  17 Avqust 2013    Oxunub:1419
Alimlər bildiriblər ki, qəhvə ölüm riskini 50 %-dək artırır.
ABŞ-da hər gün təxminən 400 milyon fincan qəhvə içilir. Ölkənin yaşlı nümayəndələrinin 60 %-i qəhvədən daha çox istifadə edir. AzVision.az xəbər verir ki, alimlər müxtəlif səbəblərdən baş verən ölümə qəhvənin təsir səviyyəsini öyrəniblər. Eyni zamanda ayrı-ayrı ürək-damar xəstəlikləri nəticəsində baş verən ölüm hallarına qəhvənin təsiri də araşdırılıb.

Alimlər 20 – 87 yaşlarında 33,9 min kişi və 10 min qadın üzərində tədqiqat aparıblar. 2,5 mindən çox ölüm faktının 32 %-i ürək-damar xəstəlikləri nəticəsində baş verdiyi məlum olub. Qəhvə xoşlayan 55 yaşadək kişilərin ölümlə üzləşmək riski daha çoxdur. Gün ərzində dörd fincan qəhvə ölüm riskini 56 %-dək qədər artırır. Qəhvə həmçinin qan təzyiqini yüksəldir. Buna görə də alimlər qəhvədən çox istifadə etməməyi məsləhət görür.

AzVision.az


Teqlər:





Xəbər lenti