TQDK sənəd verənlərin sayını açıqlayıb

TQDK sənəd verənlərin sayını açıqlayıb
  16 Avqust 2013    Oxunub:861
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2013-2014-cü tədris ili üzrə keçirdiyi ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd qəbulu bu gün saat 11:00-da bitib.
Komissiyadan AzVision.az-a verilən məlumat görə, 9 illik bazadan orta ixtisas məktəblərinə 39510 nəfər sənəd verib.

Onlardan 38509 nəfəri Azərbaycan, 1001 nəfəri isə rus bölməsinin məzunlarıdır.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı isə avqustun 25-də keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti