İlham Əliyevin oğlu II qrupa imtahan verdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə “Yeni Müsavat”a açıqlamasında xəbəri təsdiqləyib. Lakin o, əlavə şərh vermək istəmədi. E.Nağızadə prezidentin oğlunun verdiyi imtahanın nəticələri barədə də danışmadı.
Prezidentin oğlu 1997-ci ildə anadan olub. Görünür orta məktəbə 6 yaşında gedib. Bakıda babası Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində ümumi orta təhsil alan prezidentin oğlu daha sonra təhsilini davam etdirmək üçün xaricə gedib. Bir neçə il əvvəl kiçik Əliyevə ingilis dilindən dərs demiş konqolu müəllimi Manto öz açıqlamalarında prezidentin oğlunu tərifləmişdi.
“Mənə demişdilər ki, prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə prezident oğlu olduğu heç vaxt hiss olunmurdu. Düzü, valideynlərini heç zaman məktəbdə görməmişəm. Amma bir müəllim kimi mənim üçün ən önəmlisi məktəblinin savadıdır, valideyni yox. Çox ağıllı, dərrakəli uşaqdır. Cəld işləyir, nümunəvi davranır, prezident oğlu olduğunu əsla hiss etdirmirdi”, - deyən Manto Heydər Əliyevin ingilis dilini mükəmməl səviyyədə bildiyini vurğulamışdı.
Bildirək ki, II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 23052 abituriyentdən 718 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 22334 abituriyentdən 34 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Ən yüksək nəticə - 690 bal olub. İxtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.
Teqlər: