“Hitler oyuncaq” hərraca qoyuldu

“Hitler oyuncaq” hərraca qoyuldu
  16 Avqust 2013    Oxunub:1483
Adolf Hitler ilə arvadı Eva Braunun heykəlcikləri hərraca çıxarılıb.
AzVision.az Mirror-a istinadən xəbər verir ki, hərraca qoyulan modellər arasında nasist dövrünə aid hərbçilər də vardır.

Qeyd edək ki, Almaniyada istehsal olunan modellər uşaqlar üçün nəzərdə tutulub. Heykəlcikdə Hitler əlini yuxarı qaldırmış vəziyyətdə təsvir olunub. Modellərin arasında nasist Almaniyasının taxtadan hazırlanmış iqamətgahı da yer alıb. Bütün modellər 1935-44-cü illərə aiddir.



Hitler kolleksiyası 5,801; iqamətgah isə 1,202 funt sterlinqə satılıb. Bəziləri bunu uşaqları Hitlerin gəncliyinə cəlb etmək üçün təxribat adlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti