ABŞ konqresmenlərinin köməkçiləri Bakıya gəlib
O, zəngin tarixi mədəniyyətə, təbii sərvətlərə sahib olan Azərbaycanın son illərdə qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən, reallaşdırdığı mühüm layihələrdən və ölkəmizdə həyata keçirilən beynəlxalq tədbirlərdən geniş söz açıb.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edən komitə sədri deyib ki, 20 ildən çoxdur Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazilərini və daha yeddi rayonunu işğal altında saxlayır.
S.Seyidov bölgə barədə dəqiq təsəvvür yaranması üçün Amerikalı qonaqlara işğal altında olan rayonları xəritədə göstərib və bu ərazilərin Ermənistana heç bir aidiyyatı olmadığını bildirib. Qeyd olundu ki, coğrafi baxımdan Azərbaycanla ABŞ bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, siyasi baxımdan münasibətlər getdikcə daha da yaxınlaşır. Parlamentdə geniş tərkibli dostluq qrupu fəaliyyət göstərir. Azərbaycanda insan hüquqlarına yüksək dəyər verilir, gender bərabərliyi təmin olunub.
Konqres üzvlərinin köməkçiləri Azərbaycana səfərləri çərçivəsində ölkəmizin müxtəlif tarixi yerləri ilə yaxından tanış olduqlarını və müxtəlif maraqlı görüşlər keçirdiklərini deyiblər. Görüşdə iştirak edən digər millət vəkilləri Sevinc Fətəliyeva, Asim Mollazadə və Sahibə Qafarova qonaqların müxtəlif məsələlərlə bağlı suallarını da cavablandırıblar.ABŞ konqresmenləri