Arif Hacılı Mili Şuradakı ziddiyətləri etiraf etdi
16 Avqust 2013
Oxunub:1109
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Yeni Müsavat qəzetinə bazar günü keçiriləcək mitinqlə bağlı açıqlama verib. O bildirib ki, Milli Şura daxilində bəzi qüvvələrlə partiyanın mövqeyi üst -üstə düşmür.
“Rüstəm İbrahimbəyov hansısa siyasi partiyanın üzvü olmadığı, bütün siyasi qüvvələrin razılığa gələ biləcəyi namizəd olduğu üçün Milli Şura adından vahid namizəd kimi irəli sürülüb. Müsavat Partiyası isə öz növbəsində Rüstəm İbrahimbəyovun seçkidə iştirak edə bilməyəcəyi təqdirdə, başqa bir namizədin irəli sürülməsini təklif edib. Görünür bizim bu mövqeyimiz Milli Şuradakı bəzi təşkilatların maraqlarını təmin etmir. Bilirəm ki, Milli Şurada əslində seçkiləri boykot etmək meylində olan təşkilatlar var. Eyni zamanda yalnız Rüstəm İbrahimbəyovun namizədliyi şərtilə seçkilərdə iştirak etmək mövqeyində olan siyasi qurumlar mövcuddur. Biz bu mövqelərə hörmətlə yanaşırıq, lakin bunu yanlış hesab edirik”.