Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşdü

Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşdü
  15 Avqust 2013    Oxunub:1138
Bu dəqiqələrdə Qəbələdə Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Abdulla Gül arasında təkbətək görüş keçirilir.
Mətbuata qapalı keçirilən görüşdə hər iki dövlət başçısı ölkələr arasındakı əlaqələrin daha da dərinləşdirilməsinin perspektivləri, xüsusən də həyata keçiriləcək enerji layihələrinin müzakirəsini aparırlar.

Qardaş ölkə başçıları, həmçinin regiondakı vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, regional və beynəlxalq məsələlər barədə geniş fikir mübadiləsi aparırlar.

Bildirək ki, görüşə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin XİN başçısı Əhməd Davudoğlu da qatılıblar.

***

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdulla Gül arasında keçirilən təkbətək görüş başa çatıb. Görüşün yekunu barədə mətbuata açıqlama verilməyib.

Mətbuata qapalı keçirilən görüşdə hər iki dövlət başçısının ölkələr arasındakı əlaqələrin daha da dərinləşdirilməsinin perspektivləri, xüsusən də həyata keçiriləcək enerji layihələri, regiondakı vəziyyət, Dağlıq Qarabağ, regional və beynəlxalq məsələlərin müzakirə edildiyi ehtimal olunur.

Xatırladaq ki, görüşdə, həmçinin hər iki ölkənin XİN başçıları Elmar Məmmədyarov və Əhməd Davudoğlu iştirak ediblər.

Bildirək ki, bir azdan Türkiyə prezidenti Abdulla Güllə Qırğızıstan prezidenti Almazbek Atambayevin görüşü olacaq./salamnews/


Teqlər:  





Xəbər lenti