Eldar Namazov və Sülhəddin Əkbər ABŞ səfirliyinə şikayətə getdilər
Bu haqda Turan-a MŞ üzvü S.Əkbər bildirib.
O qeyd edib ki, görüşdə danışıqlar Milli Şuranin keçirilməsini nəzərdə tutduğu 18 avqust aksiyası ilə bağlı olub. MŞ təmsilçiləri rəsmi Bakının sərbəst toplaşmaq azadlığını tam məhdudlaşdırmasını ABŞ diplomatlarının nəzərinə çatdırıblar. Bakının mərkəzində kütləvi aksiyaların keçirilməsini birmənalı olaraq qadağan halına salındığı vurğulanıb. Rəsmi Bakının aksiyanın keçirilməsi üçün əlverişli olmayan “20-ci sahə”ni göstərəcəyi deyilib. Səfirlik təmsilçilərinə Milli Şuranın bundan imtina etməyəcəyi qeyd olunub. Qurum təmsilçiləri bu xüsusda səfirlikdən vətəndaşların aksiyaya gəlişinə mane olmamağı rəsmi Bakının nəzərinə çatdırmağı xahiş ediblər.
Öz növbəsində ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Berek Hoqan aksiyanın monitorinqini keçirəcələrini və hökumətlə bu xüsusda təmas quracaqlarını söyləyib.