Bu il büdcəyə 4 milyard manat vəsait daxil olub
Qeyri-neft sektoru üzrə büdcəyə 2 milyard 143 milyon 913,7 . manat vəsait daxil olub.
Yanvar-iyul aylarında ölkə üzrə 45 628 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 069 (63,7%) vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin avqustun 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 520 986-ya bərabər olub.
2013-cü ilin yanvar-iyul ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,7 faiz təşkil edib.