İbrahimbəyov İsa Qəmbərin işini ləngidir

İbrahimbəyov İsa Qəmbərin işini ləngidir
  15 Avqust 2013    Oxunub:1185
`Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd kimi rəsmən qeydiyyata alınması üçün ikili vətəndaşlıqla bağlı problemi həll olunmadığından Müsavat Partiyasının seçkidə İsa Qəmbərin namizədliyi ilə iştirak edib-etməyəcəyi məsələsi tam müəyyənləşməyib`.
Bunu “Media forum” saytına partiyanın Mərkəzi Seçki Qərargahının sədri, Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

O, bildirib ki, partiyanın Seçki Strategiya Mərkəzinin yaradılması da bu səbəbdən ləngiyir: “Milli Şuranın avqustun 19-da keçiriləcək sessiyasınadək Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqla bağlı problemi həll edəcəyinə ümid bəsləyirik. O vaxta qədər bu məsələ həll olunmasa, sessiyada Milli Şuranın başqa bir intellektualı vahid namizəd kimi müdafiə etməsi təklifini irəli sürəcəyik. Çalışacağıq ki, həmkarlarımızı bunun ən düzgün qərar olduğuna inandıraq. Əgər bu alınmayacaqsa, seçkidə öz namizədimizlə iştirak barədə müzakirələr başlanacaq. Çünki seçki kampaniyasının müddəti qısaldılaraq iki aya endirilib və bu müddətin də artıq 10 günü gedib. Hesab edirəm ki, bundan artıq ləngimək olmaz”.

Qeyd edək ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumun prezidentliyə vahid namizədi seçilsə də analoji addımlar atmayıb.


Teqlər:  





Xəbər lenti