Mətbuatda Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərə “Hummer” markalı avtomobil hədiyyə etdiyi bildirilir.
S.Əkbər isə yayılan məlumatı gülərək təkzib edib. Məlumata görə, yaxın günlərdə S.Əkbərə 50 min manatlıq “Hummer” markalı avtomobil hədiyyə olunub. Bunu Eldar Namazovun və ya Rəsul Quliyevin aldığı iddia olunur. S.Əkbər Hafta.az-a açıqlamasında hazırda həmin maşından istifadə etdiyini təsdiqləsə də, başqasının olduğunu bildirib: “Eldar Namazovun o qədər pulu varsa, özünə maşın alsın. Onun və ya Rəsul Quliyevin mənə avtomobil alması gülünc iddiadır. Düzdür, mən hazırda “Hummer”dən istifadə edirəm. Maşını da qohumum idarə edir. Amma maşın heç onun da deyil. Bir dostundan müvəqqəti olaraq götürüb. Köhnə maşındı, qiymətini də bilmirəm”.