Prezidentin getdiyi tarixi ev - ARAYIŞ

Prezidentin getdiyi tarixi ev - ARAYIŞ
  15 Avqust 2013    Oxunub:3203
Prezident İlham Əliyev dünən Şəkiyə səfəri çərçivəsində əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi - “Şəkixanovların evi” ilə tanış olub.

XVIII əsrə aid tarixi abidə olan “Şəkixanovların evi” ilk dəfədir təmir edilir. Təmir işləri dövlət başçısı 2006-cı il aprelin 13-də xanımı Mehriban Əliyeva ilə birlikdə Şəkidə olarkən “Şəkixanovların evi”nin əsaslı təmiri ilə bağlı verdiyi göstəriş nəticəsində həyata keçirilib.

Belə ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə abidənin bərpası Dövlət Proqramına daxil edilib və bu məqsədlə vəsait ayrılıb.
Abidə ilə tanışlıq zamanı prezidentin diqqətinə çatdırılıb ki, bərpa işləri həyata keçirilərkən binanın tarixi görkəmi saxlanılıb. İkimərtəbəli binanın əsas otağında milli ornamentlərə uyğun olaraq Azərbaycan tarixini əks etdirən şəkillər və tarixən bu ərazilərdə yaşayan xalqların nümayəndələrinin portretləri əks olunub.

Məlumat üçün qeyd edək ki, “Şəkixanovların evi” xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır.

İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayaraq, əsasən interyerdəki zəngin dekorativ elementlər binanı saray tipli tikintilərə bənzədir. Bundan əvvəlki halda olduğu kimi, küçəyə çıxan divarlarda tamamilə boşluq yoxdur, planda və fasadda evin iş, yaşayış və qonaq hissələrinə bölündüyü aydın göstərilir. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada "buxarılar" yerləşdirilib. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulub.

Bina kəllə divarın biri ilə qonşu binaya söykənir, o biri divara isə çardağa qalxan pilləkən birləşir. Şəkiyə xas olan binanın yerləşdiyi sahə bir az irəli çıxır, arxa və yan tərəflərdən çaydaşı və kərpiclə hörülmüşdür, fasadın həyət tərəfindəki meydança çox səliqə ilə yonulmuş daşla və kərpiclə örtülüb.

Evin əsas fasadı aydın, xoşagələn forması ilə fərqlənir. Fasadın mərkəzi oxu böyük vitraj - şəbəkə ilə işlənmişdir, buna nisbətən ritmik şəkildə xırda ölçülü şəbəkə yerləşir, aşağı mərtəbədə başqa ritmli pəncərə və qapı boşluqları çox səliqə və dəqiqliklə işlənib.

“Şəkixanovlar evi”nin fasadının aşağı hissəsinin sadə tikilişi aşağı mərtəbədəki yaşayış evlərinin bəzəyinə çox uyğun gəlir, burada ornament və naxış demək olar ki, yoxdur, hətta kaminbuxarı belə bəzənməyib.

İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənib. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilib. Taxçalar Azərbaycanın dahi şairi Nizaminin "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzənmiş və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktitlə örtülüb. Kəllə divarlarda da bu cür iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar yerləşir. Üç divarın taxçaları və boşluqları üstündən rəf keçir ki, bu rəf də stalaktit karniz üzərində yerləşib. Güzgü stalaktitinin mürəkkəb quruluşunu salonun yuxarısından keçən karniz təşkil edir. Rəflərin üstündə taxçaların oxu üzərində kiçik taxçalar yerlə-şir. Bu taxçalar vazalarda kül dəstələri, heyvan və quş şəkilləri ilə bəzənmişdir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli "şəbəkə" ilə işlənib.

Plafon xüsusilə zəngin bəzənmişdir, ornamentli çərçivədə bit-ki aləmini ,əks etdirən şəkillər və bu fonda rəngli qanadları olan yarımçılpaq qadın fiqurları göstərilir.

Salonun belə zəngin və müxtəlif dekorasiya ilə bəzənməsi çox rəngli "şəbəkə" ilə tamamlanır və zalın fasad divarının bütün səthini tutur. Rəngli şüşələrdən düşən işıq divarlarda, döşəmədə və tavanda rənglər parlaqlığını yaradır.

Sevinc

Qalereya




Teqlər:  





Xəbər lenti